Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 130 milyon 573,9 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.