Yay ayları olduğundan bəzi insanlar istirahət məqsədilə bölgələrə tətilə yollanırlar. Həmçinin 2023-2024-cü tədris ili başa çatdığından xüsusən də Bakıdan rayonlara üz tutanların sayı artıb. Bu isə paytaxtda taksi sifarişlərinin sayında müəyyən dərəcədə azalmalara gətirib çıxarıb. Lakin sentyabrdan etibarən insanların yenidən şəhərə qayıtması ilə taksiyə olan tələbatın artacağı istisna edilmir. Tələbatın artması qiymətlərə də təsir göstərəcəkmi?