Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan Muxtar Respublikası Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqlarının ölkənin yüksək dağlıq ərazilərində apardıqları qarölçmə işləri başa çatıb.