Bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə təşkil edilməsi ilə əlaqədar müvafiq istiqamətlərlə bağlı məlumatların həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya düzgün və effektiv ötürülməsində, ictimai və sosial maarifləndirmə, eləcə də təbliğat və təşviqat məsələlərində medianın peşəkar fəaliyyəti əhəmiyyətli rola malikdir.