“Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatda bildirilib. Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.