Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd xidmətinin birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşlarının Xəzər dənizinin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozub xüsusilə külli miqdarda narkotik vasitəni ölkəmizə keçirmələrinin qarşısı alınıb.