Müxtəlif sosial layihələrin həyata keçirilməsinə dəstək olan “Azərsun Holdinq” ənənəsinə sadiq qalıb. Bu dəfə “Bütün vücudlar danışır” sosial-mədəni layihəsini dəstəkləyib. “DanceAbility” təşkilatı tərəfindən reallaşdıran bu layihə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq, inklüziv cəmiyyətin inkişafını təşviq edir. Fiziki məhdudiyyətli şəxslərlə bağlı stereotiplərin aradan qaldırılması və onların cəmiyyətə daha rahat inteqrasiyası üçün bu kimi layihələrin dəstəklənməsi vacibdir.