2024-cü il oktyabr ayının 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçiriləcək. Həmin gün beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.