Ötən gün “Bravo” supermarketində çalışan əməkdaşlardan birinin lazımsız məhsulları zibil qabına atmasını əks etdirən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri məsələyə birmənalı yanaşmayıblar. Yaranan suallardan biri: “Niyə supermarketlərdə bu məhsullar atılır, onları zibil qutularının yanına ayrıca qoymaq olmazmı ki, ehtiyacı olan götürsün?” - olub. Bəziləri isə bildiriblər ki, zibil qabına atılması nəzərdə tutulan məhsullar istifadə üçün təhlükəlidir. Həmçinin zibil qabından kənara qoyulan istənilən tullantılar isə ilk növbədə ətrafın çirklənməsi, zibillərin ətrafa yayılması deməkdir. Atılan məhsullar yararsız olduğu üçün onu başqasına vermək heç bir halda doğru deyil.