Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk yarısında günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 milyon kVt/saatdan 286,6 milyon kVt/saata çatıb. Ölkə üzrə elektrik enerjisinin istehsalı 13 557,4 milyon kVt/saat olub. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt/saat, günəş elektrik stansiyalarında 286,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 mln. kVt/saat) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 mln. kVt/saata çatıb.