Uyğun statistika aparılsa, dünyada son 30 ildə ən çox sülhdən danışılan, intensiv sülh danışıqlarının aparıldığı regionun Cənubi Qafqaz olduğu görünəcək. Nəticə? Bildiyimiz kimi, danışıqlar aparılsa da, son nəticəni silahlar müəyyən etdi. Hazırda da ən çox sülhdən danışılan region yenə Cənubi Qafqazdır. Kimin nə danışmasından və nədən danışmasından asılı olmayaraq, bu regionda tarix boyu heç nəyi danışıqlar həll etməyib. Bu bölgədəki tarazlığı hər zaman diplomatlar yox, sərkərdələr nizamlayıb.