Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC ətraf mühitə töhfə verən "2023-cü ilin ən yaxşı tərəfdaşları” sırasında olub. Şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ""Yaşıl gələcək” platforması çərçivəsində keçirilən ağacəkmə aksiyalarında iştiraka görə ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.