Bildiyimiz kimi, hazırda paytaxtda eləcə də digər bölgələrdə tozlu hava şəraiti hökm sürür. Belə havada insanlar məcbur da olsa, işə getməli, çöldə də çox vaxt keçirməli olur. Bu da meteohəssas insanlarda müəyyən fəsadların yaranmasına səbəb ola bilər. Bəs görəsən, tozlu havalarda necə qorunmaq lazımdır? Belə havaların meteohəssas olan insanlar üçün nə kimi zərərləri var?