Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsənin və “TUİB” İdarə Heyətinin sədri Hüseyn Büyükfıratın təşəbbüsü ilə yaradılan “Tək millət, Tək ürək” Beynəlxalq Qardaşlıq Platformasının, eyni zamanda Trabzonlu İş Adamları Platformasının və xeyirsevər insanların dəstəyi ilə Novruz bayramı ərəfəsində Ucar rayonunda “Novruz” yardım aksiyasına start verilib. Belə ki, öncədən hazırlanmış siyahıya və müraciətlərə uyğun olaraq Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan yüzlərlə şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə bayram sovqatları çatdırılacaq, eyni zamanda onların narahatlıqları və hazırda üzləşdikləri problemlərlə maraqlanılacaqdır.