Son günlər əhali arasında ABŞ dollarının məzənnəsinin qalxacağı ilə bağlı xəbərlər yayılır. Bu da əhali arasında ajiotajın yaranmasına gətirib çıxarır. Hətta əlində azca pulu olan sakinlər də pullarını dollara çevirməyə başlayıb. Bəs yayılan məlumatların hər hansı əsası varmı? Yaxın günlərdə Azərbaycanda devalvasiya baş verə bilərmi?