Ölkəmizdə vətəndaşların əksər hissəsi maaşların aşağı olmasından gileylənir. Xüsusən son dövrlər özünü göstərən silsilə bahalaşma fonunda maaş artımı dövlət sektorunda demək olar ki, qeydə alınmayıb. Amma istisnalar da var. Əhəmiyyətli dərəcədə olmasa belə bəzi dövlət qurumlarında artım müşahidə olunur. Lakin özəl sektorda vəziyyət daha pisdir. Bu sektorda çalışanların başlıca şikayəti müəssisə rəhbərlərinin maaşlarla bağlı olduqca qeyri-tolerant yanaşması ilə bağlıdır.