“Bu gün dünyada beynəlxalq hüquqda gedən qarmaqarışıqlıq, onun tapdalanması, ali dəyərlərinin çeynənilməsi xaosa, anarxiyaya, eləcə də müxtəlif ideyalara və çağırışlara səbəb olur. Bu baxımdan, məhz Avropa ölkələrinin bəzilərinə cərəyan edən hadisələr göstərir ki, alternativ fikirli partiyalar, alternativ ideyalar ortaya qoyan siyasi cərəyanlar uğur qazanır”.