Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi, altıncı çağırış Milli Məclisin sədri Sahibə Qafarova təbliğat–təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirib. Şəmkir rayonunun Təzəkənd və Düzqışlaq kəndlərinin seçiciləri ilə görüşdə də YAP-ın namizədinə dəstək ifadə olunub.