Hazırda mövsümi xəstəliklərin ən çox yayıldığı fəsildə yaşayırıq. Bəzi insanlar qrip, yaxud da qızdırması olan zaman çox zaman evdə qalaraq, əlində olan imkanlarla - dərman vasitələri, ya da türkəçarə yollarla sağalmağa çalışır. Bir çox hallarda xəstə insanlar həkimə müraciət etməkdən çəkinirlər. Bəs hər dəfə mövsümi xəstəliklərə tutulan şəxslərin bu üsula əl atması və həkimə müraciət etməməsi gələcəkdə hansı fəsadlara gətirib çıxara bilər?