“Sanksiyalar nə hərbi sənaye kompleksini iflic edir, nə də müharibə əleyhinə səfərbərliyə səbəb olur”.
Yenicag.az xəbər verir ki, bunu sanksiyaların Rusiyaya təsirindən danışan iqtisadçı Vladislav İnozemtsev deyib.
Onun sözlərinə görə, Rusiyada sanksiyalara gülürlər.
“Hətta bu yaxınlarda komediya filmi təsdiqləndi. Ssenarinin süjetinə görə (ABŞ prezidenti), Co Bayden öz məsləhətçilərindən sanksiyaların hələ də Rusiyanı “bitirə bilməyəcəyini” eşitməkdən yorulub”, – deyə o bildirib.
İqtisadçı qeyd edib ki, reallıq bir qədər fərqlidir.
“Ruslar, xüsusən də sahibkarlar, təbliğatçılar qədər şən deyillər. Sanksiyalar onlara ciddi təzyiq göstərir. Ölkə 2000-2010-cu illərdə Qərb şirkətlərinin yaratdığı avtomobil sənayesindən demək olar ki, məhrumdur. İxrac yönümlü sənaye sahələri – meşə təsərrüfatı, metallurgiya, qaz hasilatı geriləyib.
Ancaq bir neçə məqamı da unutmamalıyıq. İlk olaraq nəzərə alınmalıdır ki, bütün bunlar bütövlükdə iqtisadiyyata kritik təsir göstərmir. Daxili bazara yönləndirilir, büdcə isə “problemləri pulla boğur”.
İkincisi isə sanksiyalar nə hərbi sənaye kompleksini iflic edir, nə də müharibə əleyhinə səfərbərliyə səbəb olur”, – deyə iqtisadçı bildirib.
Nəsimi Ələsgərli