Xalq artisti: “10 milyonluq ölkədə 300 rus məktəbinin olması lazımsızdır”
“10 milyonluq bir ölkədə 300 rus məktəbinin olması lazımsızdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor xalq artisti Yasin Qarayev son vaxtlar gündəmə gələn “rus məktəblərinin bağlanması” məsələsinə münasibət bildirərkən deyib.
“Çox dil bilmək yaxşıdır. Gərək düşmənin də dilini biləsən ki, sənin haqqında nə danışmağından xəbərdar olasan. Amma tutalım, 10 milyonluq bir ölkədə 300 rus məktəbinin olması lazımsızdır. Bildiyimə görə, ölkəmizdə 300 rus məktəbi mövcuddur. Nəyə lazımdır? Bir-iki məktəblə kifayətlənmək olar. Yekaterinburqda baş verən son hadisələrlə bağlı rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlib. Əlbəttə, tamamilə bağlanmasın söhbət getmir, bir neçəsini saxlamaq olar ki, milliyyətcə rus olan insanlar gedib o məktəblərdə təhsil alsınlar.
Xalq artisti, 90 milyonluq İranda, orada yaşayan 40 milyon azərbaycanlının heç bir məktəbə sahib olmamasına toxunaraq, Azərbaycanın bu sahədə daha çox diqqət yetirməsi lazım olduğunu vurğulayıb.
“Baxın, 90 milyonluq İranda, baxmayaraq ki, 40 milyon azərbaycanlı yaşayır, amma bir dənə də olsun orada Azərbaycan məktəbi yoxdur. Amma bizdə görün nə qədər rus məktəbi fəaliyyət göstərir. Bu düzgün deyil. Rusiyadan nəinki bizim vətəndaşlarımızı, hətta Rusiya vətəndaşlığını alan soydaşlarımızı ölkədən çıxarırlar, onlara pis münasibət bəsləyirlər. Bu nə insanlığa, nə qonşuluğa, nə dostluğa, nə siyasətə yaraşmır.”
Сəvahir