Yenicag.az-ın “Görünməyən tərəf” layihəsinin qonağı yenicə xalq artisti fəxri adına layiq görülən tanınmış aktyor Əli Nurdur.
İllərdir səhnədə “külüng vuran” aktyor başına gələn olmazın əziyyətlərdən, sənət dostlarına olunan haqsızlıqlardan, teatr cameəsində baş alıb gedən qalmaqallardan söz açıb.
“Hər tənqid əynimə geyindiyim kəfəndir”, – deyən xalq artisti ona hədə-qorxu gələn şəxslərin kimliyi barədə danışıb. Seriallara çəkilməkdən imtina edən aktyor şərtlərini açıqlayıb.
Hansı yüksək çinli məmur aktyoru 30 il aldadaraq, şərəf və ləyaqətini alçaldıb? Xalq artisti hansı aparıcıları təhqir edib, verilişlərinə getməkdən boyun qaçırıb? O, TQDK sədri Məleykə Abbaszadəni niyə qınayıb?
Bu və digər sualların cavabını videomüsahibədən izləyin: