Xalq artisti GİZLİNLƏRİ AÇDI: "Mənimlə eyni səhnəni bölüşmək istəməyib"
“Bəzi həmkarlarım mənimlə səhnəyə çıxmaqdan imtina edib”.
Yenicag.az xəbər verir ki, buu sözləri aktrisa, Xalq artisti Fatma Mahmudova “Profil” verilişində deyib.
O, bir çox aktyorların onunla eyni səhnəni bölüşməkdən qorxduğunu deyib:
“Mən həmişə güclü aktyorlarla oynamaq istəmişəm. Ancaq onlar mənimlə oynamaq istəməyiblər. Güclü aktyor öz gücünə inansa, mənimlə eyni səhnəni bölüşər. Fərqi yoxdur, istər serialda, istərsə də səhnədə. Bəziləri, bəlkə də, mənim barəmdə deyiblər ki, konfliktli aktrisayam, çətin yola gedənəm. Amma özüm kimi sadə, səmimi adam tanımıram. Uşaqla uşağam, böyüklə böyük. Nə deyiblər, demişəm baş üstə, çox sağol, sən deyəndir”.
Aktrisa ömürboyu arzusuna çatmadığını da təəssüf hissi ilə dilə gətirib:
“Həmişə arzulamışam, faciə oynayım, amma arzuma çatmamışam”.
Nehru












