Xalqı gülləbaran edən əsgər geyimli fətullahçılar olub? – Liseydə hərbçi geyimləri tapıldı- İddia

gulene-buyuk-darbe_1Türkiyədə FETÖ məktəblərinə qarşı basqınlarda xeyli sayda əsgər geyimi üzə çıxdı. Yenicag.az xəbər verir ki, Ankaranın Kazan qəsəbəsində yerləşən məktəblərin birində aparılan yoxlama zamanı hərbçi geyimləri tapıldı.

Hərbçi geyimlərinin çevriliş cəhdi sonrası qaçan əsgərlərə məxsus olduğu və ya üsyan baş tutacağı təqdirdə, fətullahçıların başqa bir planına xidmət etdiyi bilinmir.

Dövlət tərəfindən möhürlənərək, bağlanan bu məktəblərin pəncərələri sındırılaraq, içəriyə naməlum şəxslərin daxil olduğu və kompyuterlərə zərər vurduqları da qeyd olunub.

Onu da qeyd edək ki, Türkiyənin tanınmış polis müxbirlərindən “Hürriyyət” yazarı Toyqun Atilla FETÖ üzvlərinin özlərini necə gizlətməsini belə açıqlayıb: “Camaatçılar özlərini çox yaxşı gizlədə bilirlər. Məsələn, mən bir polis rəisi tanıyırdım. Onunla bir yeməyə getdik. Yeməkdə o, tam 22 qədəh “vodka” içdi. Üstündən də bir şüşə şərab endirdi mədəsinə. Ancaq o, içkinin dibində yatan polis rəisi fətullahçı idi və onlarla bağlı əməliyyatlar başlayarkən, xaricə qaçdı. Yəni, camaatçıların həyat şəkli sizin kimi ola bilər, hətta sizdən daha çox Atatürkçü görünə bilərlər”

Toyqun Atillanın “Çevriliş zamanı ilk təslim olan yer Fatih Sultan Mehmet körpüsü oldu. Çünki oradakı əsgərlər normal əsgərlər idi və xalqla qarşı-qarşıya gəlmək istəmədilər” sözləri həmin gün xalqın qarşısına çıxanların hamısının ordu mənsubu olmadığı fikrini də gücləndirir.  

Toyqun Atilla bəzi fətullahçı əsgər və polislərin çevriliş cəhdindən sonra PKK-ya qoşulduğunu da istisna etməyib.    

Yenicag.az

COP29