Bir müddət əvvəl səhhətində problemlər yaşayan tanınmış müğənni Nazim Pişyarı xəstəxanadan çıxandan sonra sənət dostları və media mənsublarını başına cəm edərək yeni klipinin təqdimat mərasimini keçirib.
Yenicag.az xəbər verir ki, təqdimat mərasimində Xalq artistləri Flora Kərimova, Eldar Mansurov, Aygün Səmədzadə, müğənnilərdən Vasif Məhərrəmli, Almaz Ələsgərova, Gövhər Həsənzadə, aktrisa Kübra Əliyeva, Nahidə Orucova, şair Baba Vəziroğlu, aktyor Çingiz Əhmədov, Reşat Kəsəmənli, rejissor Aqil M. Quliyev, aparıcı Kamran Həsənli və digər sənət adamları qatılıb.
“İkimizin yerinə” adlı mahnı rejissorlar Aqil M. Quliyev və Rahim Sadıqbəyli tərəfindən ekranlaşdırılıb. Klipin görüntülərinin bir hissəsi İsveçin Stokholm şəhərində, digər hissəsi isə Bakıda lentə alınıb.
Sözləri məşhur şair Nüsrət Kəsəmənliyə, musiqisi bəstəkar Sevinc Qasımovaya aid olan mahnının ilk ifaçısı Xalq artistləri Flora Kərimova və Mirzə Babayev olub. Klip sənətkarlar tərəfindən son illərin ən gözəl hiti və ekran işi kimi dəyərləndirilib.
Təqdimat mərasimindən foto və videonu təqdim edirik:
Cəvahir
www.yenicag.az