!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xeyir-şər məclislərində standart QAYDA: “Savab, yaxud günah axtarmaq...”

!Reklam – Yazi

“Mövzuya dini baxımdan yanaşsaq, ehsan verilməsi barədə İslamda qadağanın olmadığını görərik”.

Bunu Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin ümumi razılığı ilə vəfat edən şəxslərə 3, 7 və 40 yas mərasimlərində ehsan verilməsinin qadağan edilməsi ilə bağlı qərara münasibət bildirən ilahiyyatçı Təyyar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, yas məclislərində olan xərclərə hər ailə hazır olmur:

“Xeyir işlərdən fərqli olaraq hər kəsin başına gələ biləcək doğma itkisi planlaşdırılmayan hadisədir. Bu səbəbdən yas məclisi verən ailənin üzərinə maddi baxımdan böyük yük düşür. Xeyir işi planlayaraq, əmi-dayı, yaxud xala-bibi köməyi ilə keçirmək olur. Lakin yas məclisi belə deyil.

Yası olan ailə qohumlar tərəfindən qınaq obyektinə çevrilməkdən çəkinir. Bu səbəbdən bir çox xərcin altına girir. Bəzi bölgələrdə məclisə gələnlər el dilində desək “pul yazdırsa da”, bəzi yerlərdə belə deyil.

Naxçıvanda 3, 7, 40 məclislərində ehsan verilməsinin qadağan olunmasına səbəb də məhz məclis sahibinin əlavə xərclərdən azad olunmasıdır. Bu tamamilə sosial məsələdir. Çünki mövzuya dini baxımdan yanaşsaq, İslamda ehsan verilməsi barədə qadağanın olmadığını görərik.

Hər varlının əvvəli nə vaxtsa kasıb, hər kasıbın əvvəli nə vaxtsa varlı olub. Alınan bu qərarda dini baxımdan səbəb axtarmaq doğru deyil. Vurğuladığım cümlə ilə yas məclisində yeməyin verilib-verilməyəcəyinin tamamilə ailənin maddi vəziyyyəti ilə bağlı olduğunu bildirmək istəyirəm. Burada günah, yaxud savab axtarmaq doğru yanaşma deyil.
Dövlətimiz tərəfindən yas və xeyir məclislərinin keçirilməsi ilə bağlı standart qayda tətbiq olunsa, hər kəs üçün əlverişli olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv