Fransada nazirin evi qarət olundu

media-hightechnic-468x90

Parisdə naməlum şəxslər ekoloji keçiddən məsul olan nazir Matye Lefevrenin mənzilini qarət ediblər.

Yenicag.az xəbər evrir ki, bu barədə “Le Parisien” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, soyğun axşam saatlarında, məmur və onun sevgilisi evdə olmadığı vaxt baş verib. İddialara görə, oğrular qapını açmaq üçün cütlüyün poçt qutusunda qoyduğu ehtiyat açardan istifadə ediblər. Mənbənin sözlərinə görə, bu, hadisədən sonra açarın yoxa çıxması və məcburi giriş əlamətlərinin olmaması ilə təsdiqlənib.

Məlumatda təxminən 10.000 avro dəyərində zərgərlik əşyalarını oğurladıqları bildirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa