Partiya sədri də ETİRAZ ETDİ: "Əbülfəz Qarayevin qızı böyük təxribatlara yol verib"
“Mədəniyyət Nazirliyi bu film haqqında tədbir görməlidir”.
Bu sözləri şairə Məhsəti Gəncəvinin əxlaqsız qadın kimi təqdim edildiyi “Məhsəti” filmi haqqında Yenicag.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O qeyd edib ki, sözügedən filmin nümayişi yolverilməzdir:
“Filmin sahibi Əbülfəz Qarayevin qızıdır. Onun qızı filmdə böyük təxribatlara yol verib. Bilirsiniz ki, onun dədəsi dövlət çevrilişində Ramiz Mehdiyevin yanında olan adamdı. Mehdiyevin məktublarını ona-buna daşıyan adam olub atası. Ona görə də düşünürəm ki, o cür atanın da elə bu cür qızı olmalı idi. Mən belə təsəvvür edirəm ki, milli mentaliteti, milli qüruru olan Azərbaycan vətəndaşı o filmə baxmaz. Düşünürəm ki, Qarayevin bu işdə özünün əli var. Bu bizim xalqımıza, dövlətçiliyimizə qarşı provokasiyadır. İstəyirlər ki, millət hər şeydən narazı qalsın. Bunların yeganə tapşırığı odur ki, milləti hər şeydən narazı salmaq lazımdır. Əbülfəz Qarayev hazırda çöldədir, qızı görürsünüzmü hansı yollara əl atır? Bu filmin nümayişi yolverilməzdir və ekranlara, teatrlara buraxmaq lazım deyil. Mədəniyyət Nazirliyi bu film haqqında tədbir görməlidir”.
Nurlan Cəfəri












