UEFA Ukrayna Futbol Assosiasiyasını cərimələdi
UEFA Ukrayna Futbol Assosiasiyasını (UAF) cərimələyib.
Yenicag.az xəbər verir ki, futbol qurumu assosiasiyaya ümumilikdə 34 min avro məbləğində cərimə müəyyənləşdirib. Buna səbəb isə azarkeşlərin davranışları olub. Qərara əsasən, DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə matçda azarkeşlərin meydana daxil olması (10 min avro) və pirotexniki vasitələrdən istifadəsinə (9 min avro) görə UAF 19 min avro ödəməli olacaq.
Bundan əlavə, Avro-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina ilə görüşdə tribunada açılan bannerə görə də cəza tətbiq edilib. UEFA Rusiya ilə bağlı olan həmin banneri siyasi və təxribat xarakterli hesab edərək Ukrayna tərəfinə daha 15 min avro cərimə tətbiq edib.












