Ukrayna Rusiyaya görə cərimələndi

media-hightechnic-468x90

UEFA Ukrayna Futbol Assosiasiyasını 15 min avro məbləğində cərimələyib.

Yenicag.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukraynanın İslandiya ilə keçirilən oyununda azarkeşlərdən birinin “Russia is a terrorist state” yazılı banner açmasına görə cərimə tətbiq edilib.

“Bu banner idman tədbirində qəbuledilməzdir”, – məlumatda vurğulanıb.

Həmçinin azarkeşlərin meydana daxil olmasına görə Ukrayna FA 10 min avro, pirotexnikadan istifadəyə görə isə 9 min avro cərimə ödəməli olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05