Qərbi Azərbaycanla bağlı konfrans: “Artan beynəlxalq maraq məsələnin legitimliyini təsdiq edir” - VİDEO
“Qərbi Azərbaycan İcması tərəfindən artıq üçüncü dəfədir, beynəlxalq konfrans keçirilir. Konfransın dekabrın 5-də keçirilməsinin xüsusi əhəmiyyəti var. Belə ki, 1988-ci ilin 5 dekabrı Qərbi azərbaycanlıların böyük hissəsinin Qərbi Azərbaycanı tərk etməyə məcbur edildiyi tarix kimi yaddaşımızda qalıb”.
Bu fikirləri Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən ənənəvi III beynəlxalq konfransın əhəmiyyətindən danışan İcmanın Aparat rəhbəri Qalib Qasımov Yenicag.az-a açıqlamasında səsləndirib.
“2025-ci ilin may ayında, Ankarada da Qərbi Azərbaycan İcması və Azərbaycan-Türkiyə Evi tərəfindən beynəlxalq konfrans təşkil olunub. Türkiyə və Azərbaycandan tanınmış tarixçilər, hüquq müdafiəçiləri tərəfindən Qərbi Azərbaycan məsələsi ətrafında müzakirələr aparılıb”, – deyə bildirən Q. Qasımov hazırkı konfransda 60-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyini bildirib:
“Hazırkı konfrans daha çox mədəni hüquqların pozulması, Qərbi Azərbaycanda min illər ərzində yaradılmış tarixi abidələrin, maddi və qeyri-maddi irsin gördüyü zərərlərin istiqamətləndirilməsi məqsədilə təşkil olunub. Konfransda 60-dan çox ölkənin 100-dən artıq nümayəndəsi iştirak edir. Onların hər biri öz sahəsi üzrə mütəxəssislərdir.
Biz müşahidə edirik ki, Qərbi Azərbaycan məsələsinə beynəlxalq ictimaiyyətin maraqı artıb və bu, məsələnin legitimiyini təsdiq edir”.
Daha ətraflı videoda:












