“XəzərXəbər”: “Yeni Çağ” 15 yaşında – Bu gün onların ÇAĞIDIR” – VİDEO

Bu gün Azərbaycanda fəaliyyətə başlayan ilk xəbər portallarından biri olan “yenicag.az” saytının 15 yaşı tamam olur. 3 dildə fəaliyyət göstərən sayt həm də videoportal vasitəsilə oxucuları informasiya ilə təmin edir.

Azərbaycanın ilk xəbər portallarından olan “Yeniçag.az” saytı bu gün 15 yaşını qeyd edir.

2007-ci il sentyabrın 5-də internet məkanına giriş edən “YeniÇağ” 2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirərək türk və rus dillərində də xidmət göstərir. Həmçinin 2018-ci ildən Yenicag.tv video portalı vasitəsilə oxucuları informasiya ilə təmin etməyə başlayıb.

Media Qrupunun kollektivi fəaliyyətlərində milli maraqları toxunulmaz prioritet elan etdiklərini və daim yeni yanaşmalar irəli sürdüklərini bildirdilər.