8 yaşlı uşağı xilas etmək istəyərkən özü də boğuldu

media-hightechnic-468x90

Bakıda çimərlikdə daha iki nəfər boğulub.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib.

İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb.

Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov səkkiz yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.

Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600