“Məzlum Rusiya” mifinin SONU: Lavrovun “yalnızlıq” bəyanatının arxasında NƏ DAYANIR?

media-hightechnic-468x90

“Rusiya məzlum kimi görünməyə çalışmaqla beynəlxalq rəyi manipulyasiya etməyə çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

media-natiqmiri1

Politoloq Rusiyanın XİN rəhbəri Sergey Lavrovun son çıxışında Rusiyanın təkbaşına qalması, müttəfiqsiz müharibə aparması haqqında verdiyi açıqlamanı sərt tənqid edib və Rusiya rəsmisinin “məzlum” maskası altında gizləndiyini bildirib:

“Bu gün Rusiya-Ukrayna cəbhəsində Şimali Koreyadan gələn əsgərlər döyüşüb ölürsə, hansı təklikdən danışmaq olar?! Artilleriya sursatlarının 40%-dən çoxunu məhz Şimali Koreya tədarük edir. Ballistik raketlərin əksəriyyəti də KXDR-dən gəlir. Ayrıca, bütün strateji silahların müdafiə sənaye kompleksində istehsal müəssisələrində istehsal olunması üçün bütün komponentlərin böyük əksəriyyətini hansı dövlət təchiz edir? Əlbəttə, Çin. Bunlar təkzibolunmaz kəşfiyyat məlumatlarıdır və ABŞ bunları çox gözəl bilir, bildiyini də dilə gətirir. Bundan əlavə, Ukraynanın şəhərlərinin, yaşayış məntəqələrinin, infrastrukturunu hər gün bombardman edən, məhv edən İranın “Shahed” raketləri, kamikadze dronları kimə məxsusdur? Baxmayaraq ki, artıq Rusiyada da “Shahed” dronları istehsal olunur. Sadəcə olaraq Rusiyanı dünyaya guya zülmə qarşı təkbaşına döyüşən ədalət carçısı kimi göstərməyə çalışırlar.”

Analitik Rusiyadan 2022-ci ildə Ukraynaya qarşı törətdiyi qətliamın hesabını tələb edib:

“Onlara sual vermək lazımdır ki, 2022-ci il fevralın 24-də Ukraynaya təcavüz edib milyona yaxın insanı məhv edib və yaralayan, 10 milyondan artıq insanı yurd-yuvalarından qovan Rusiya bunu niyə edirdi? Bu sualın cavabı varmı? Doğrudur, şablon cavablar var, guya özünün təhlükəsizliyini təmin etmək üçün Rusiya bu addımı atıb”.

N. Miri düşünür ki, Rusiya bu addımlarla sadəcə ictimai dəstək almağa çalışır.

“Ruslar sadəcə beynəlxalq ictimai rəyi çaşdırmaq, özünü bir növ məzlum kimi göstərmək və ədalət carçısı kimi göstərməklə beynəlxalq birliyin dəstəyinə ümid edirlər. Amma belə şey yoxdur, olmayacaq da”.

O, sonda Rusiyanı müharibəni dayandırmağa mane olmaqda və müharibənin daha da alovlanmasına səbəb olmaqda günahlandırıb:

“Bu gün başda ABŞ olmaqla qardaş Türkiyənin vasitəçiliyi ilə bir çox ölkələr bu müharibənin dayanması, qeyd-şərtsiz atəşkəsin olmasını tələb edirlər. Onda niyə bəs müharibəni Rusiya dayandırmır? Niyə hələ də öldürməyə davam edir? Ona görə ki bütün Ukraynanı işğal etmək istəyindədir. Atəşkəs təmin olunduğu təqdirdə, sülh sazişinin mətni ilə bağlı işçi qruplar dərhal fəaliyyətə keçib işləyəcəklər və bununla da cəbhədə insanların öldürülməsi dayanacaq. Bundan sonra normal münasibətlər sistemi qlobal şəkildə tənzimlənəcək. ABŞ-Rusiya münasibətləri, perspektivdə Avropa Birliyi ölkələri ilə də normal münasibətlər tənzimləmək mümkün olacaq. Rusiya bunu bildiyi halda niyə razılaşmır? Ona görə də Lavrovun dedikləri fikirlər beynəlxalq rəyi çaşdırmaq və manipulyasiya etməkdən başqa bir şey deyil”.

Nurlan Cəfəri

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600