Xidmətçini qaynar suda yandırdı

media-hightechnic-468x90

cdvfdgfthQəhvəni vaxtında hazırlamayan 23 yaşlı qadın yandırılıb.

Bu dəhşətli hadisə Səudiyyə Ərəbistanında baş verib. Belə ki, fillipinli xadimə qəhvəni gecikdirib. Bundan əsəbləşən iş sahibinin anası onun üzərinə qaynar su töküb.

Xidmətçi ölkəsinin səfirliyi tərəfindən qoruma altına alınıb.

Adı açıqlanmayan qadının yaxınları onun iki aydır ki, Səudiyyə Ərəbistanında işlədiyini bildiriblər. Qadının yanmış bədəninin fotolarını da məhz qohumları “Facebook”da paylaşıb və onun başına gələnləri yazıb.

Gənc qadının qaynar suda yandırılandan ancaq 6 saat sonra xəstəxanaya çatdırılıb. Xəstəxanada isə onun hansı ağır şərtlər altında işlədiyi üzə çıxıb. Belə ki, ev sahibləri onu dəfələrlə döyərək günlərlə ac saxlayıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600