“6 yaşlı uşaqdan da soruşsan, məhkəməsi davam edən Vardanyanın, Araikin uzun illər at oynatmasının səbəbkarının Rusiya olduğunu deyəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı fikirlərini bölüşən politoloq Əlabbas Məhərrəmli deyib.
O, acı və qanlı tarixi anarkən deyib ki, Xocalı soyqırımı haqqında yazılanda bu fakt mütləq qeyd olunur:
“Elita rusdillilərdir”, “savadlılar rusdillilərdir” deyirlər. Bəli, rus dili. Tutalım, sən deyən kimidir, ancaq dil də siyasətdir. Bu gün 33-cü ildönümü qeyd olunan Xocalı soyqırımı haqqında yazılanda bu fakt mütləq qeyd olunur: “Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə…”
“6 yaşlı uşaqdan da soruşsan, məhkəməsi davam edən Vardanyanın, Araikin uzun illər at oynatmasının səbəbkarının Rusiya olduğunu deyəcək. Heç olmasa, bunlara görə “doğru bildiyini” deməmək lazımdır. Düzdür, “bu siyasətdir” deyiləcək, lakin biz dildən danışırıq. Rusun dilinin özü də siyasətdir. Bunu bilməyən varmı?”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az