Xocavənddə yanğın: Əraziyə iki helikopter cəlb olundu - VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

media-banner_tkm

Nazirlikdən Yenicag.az-a bildirilib ki, məlumat əsasında qurumun müvafiq qüvvələri dərhal yanğın baş vermiş əraziyə cəlb olunub.

Təhlükəsizlik tədbirləri nəzərə alınmaqla nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyi ilə yanğının bilavasitə Edilli kəndinə keçməsinin qarşısı alınıb, habelə kommunikasiya xətləri yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunmaqla baş vermiş yanğın söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05