Yekaterinburqda azərbaycanlılara qarşı etnik TERROR: Raşizmin növbəti təcəssümü
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bir daha velikorus şovinizminin, rus millətçiliyinin bariz nümunəsi oldu.
Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir. Bu hadisə ciddi-cəhdlə maskalanan rus faşizminin əsil simasını göstərməsidir. 21-ci əsrdə bütün dünya buna raşizm deyir. Bu ideologiyanın kökündə digər xalqlara alçaldıcı diskriminaiya münasibəti durur. Rus şovinizminin əsas ideoloji postulatı türklərə və ələxsüs Azərbaycana qarşı düşmənçilik təşkil edir. Biz bunu 1990-cı il 20 yanvar hadisələrində, Xocalı soyqrımında görmüşük.
Biz bunu işğalçı Ermənistana himayədarlıqdan bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür. Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində AZALA məxsus mülki təyyarənin vurulmasına görə üzr istəməyib, məsuliyyətdən yayınmağa çalışır. Yenə atan kazaklardı, daşnakları dəstəkələyən siyasətdi. Bu siyasət bilavasitə və birbaşa Kremldən həyata keçirilir, bu siyasətə prezident Putinin mövqeyi, yanaşması rəvac verir. Raşizm məhz Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan Ukrayna xalqını belə qırğına verir. Təsadüfi deyil ki , Ukraynada Putini Alman faşizmin lideri Hitlerlə müqayisə edir və Putler adlandırırlar…
Raşizm Rusiyadakı qeyri-rus millətləri Ukrayna ilə müharibədə kütləvı qırğına verir, rusları isə cəbhəyə aparmır. Bu siyasət tezliklə Putin imperiyasını parçalayacaq və ilk nöbədə rus xalqının özünə böyük təhlükədir. Raşizm başqa xalqlara diskriminasiyay, istismarı rəva bilir. Məşhur publisist və jurnalist Nevrozov yazır ki, patriotizm, şovinizm, imperializm rus xaqlı üçün hər şey əvəz edən alkoqol kimidir. Bu ideologiya prezident Putinin səyləri ilə artıq zəhərləyici, yolxucu mahiyyət alıb, epidemiyaya çevrilib. Bu epidemiya elə rus cəmiyyətini məhv edəcək. Necə ki, qəhvəyi vəba Almaniyaya və dünyaya faciələr yaşatdı.İndi raşizm bu yolu tutub…
Buna ilk növbədə rus xalqı etiraz etməli, putlerizmə qarşı çıxmalıdır.
Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir. Azərbaycan vətəndaş cəmiyyəti qətiyyətlə soydaşlarımızı qarşı bu terroru pisləyirik, bu insanlıq əleyhinə cinayətdir. Əgər Rusiya rəhbərliyi etnik zəmində terroru dəstəkləmirsə üzr istəməli, dərhal günahkarlar cəzalandırılmalıdır.
Zaur İbrahimli
Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü