Yeni müdavimlər minatəmizləmə işlərinə cəlb olunacaqlar - VİDEO

media-hightechnic-468x90

Göygöl rayonunda Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) təlim şöbəsi tərəfindən yeni müdavimlər üçün “Humanitar Minatəmizləmə”, “Döyüş sahəsinin təmizlənməsi” və “İlk tibbi yardım” təlimləri həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, beş həftə müddətində həm nəzəri, həm də praktiki şəkildə keçirilən təlimlərin məqsədi, yeni müdavimlərə mina və partlamamış hərbi sursatları tanımaq, aşkar etmək və işarələmək, eləcə də ilk tibbi yardım üçün lazım olan əsas bilik, bacarıq və davranış qaydalarının öyrədilməsindən ibarətdir.

Təlimləri müvəffəqiyyətlə keçən müdavimlər işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsi istiqamətində icra olunan humanitar minatəmizləmə əməliyyatlarına cəlb ediləcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600