Yol nişanı lövhəsini oğurlayan şəxs tutuldu

media-hightechnic-468x90

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yol nişanı lövhəsini oğurlayan şəxs tutulub.

media-banner_tuq

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Biləsuvar rayonu ərazisindən keçən magistral yolun kənarında quraşdırılmış yol nişanı lövhəsini oğurlamaq istəyən şəxsi aşkar ediblər. Polis əməkdaşları həmin şəxsi saxlayaraq yol nişanı lövhəsi ilə birlikdə Polis Şöbəsinə gətiriblər. Araşdırmalarla oğurluq əməlini törədən şəxsin İmişli rayon sakini İntiqam Dadaşov olduğu müəyyən edilib.

Hal-hazırda Cəbrayıl RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05