!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YTB sədri Abdullah Eren Azərbaycanın nümayəndə heyətini qəbul etdi - FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycandan bir qrup heyət Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirmək üçün Türkiyədə səfərdədir.

 

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində millət vəkilləri Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova və “Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsini ziyarət ediblər.

Heyət YTB sədri Abdullah Ərən tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanla Türkiyə arasındakı əlaqələr, türk dünyasının mövcud problemləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tənzilə Rüstəmxanlı YTB-nin türk dünyası ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib. T. Rüstəmxanlı heyət adından Abdullah Ərənə səmimi qəbul üçün təşəkkür edib.

www.yenicag.az

83
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv