Yunanıstanın Kipr “tryuk”u belə İFŞA EDİLDİ – Prezidentin müşavirindən ŞOK AÇIQLAMA

media-hightechnic-468x90

“KKTC və Türkiyənin haqları nəzərə alınmadan bölgədə atılan hər addım yeni qarşıdurmaların qığılcımı ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidentinin xüsusi müşaviri Gökhan Gülər deyib.

media-gokhanguler

O, Yunanıstan və İsrailin dəstəklədiyi Cənubi Kipr Yunan Administrasiyası ilə üç ölkənin birgə həyata keçirməsi planlaşdırılan sualtı elektrik kabeli layihəsinin yenidən canlanmasının regionda geosiyasi gərginliyi artırma potensialından danışıb.

G. Gülər bildirib ki, 1963-cü ildə Kipr türkləri yunanlar tərəfindən silah gücü ilə ortağı olduqları dövlətdən zorla kənarlaşdırıldılar:

“4 mart 1964-cü ildə BMT Təhlükəsizlik Şurasının 186 saylı qərarı ilə beynəlxalq hüquqa zidd şəkildə yalnız yunanlar Kipr Respublikasının yeganə təmsilçisi kimi tanındı, Kipr türkləri isə haqsız şəkildə beynəlxalq səhnədən uzaqlaşdırıldı. Bu da Kipr məsələsinin bu günə qədər davam etməsinə səbəb oldu”.

“1974-cü ildə Yunanıstandan gətirilən 20 minlik hərbi qüvvənin adaya çıxması, Yunanıstan tərəfindən təşkil edilən çevriliş və arxiyepiskop Makariosun BMT-yə müraciəti nəticəsində Türkiyə zəmanətçi dövlət kimi 20 iyul 1974-cü ildə beynəlxalq hüquqa uyğun şəkildə adaya hərbi müdaxilə etdi və qan tökülməsinin qarşısını aldı. Bu müdaxilə həm Kipr türkləri, həm də adanın cənubundakı yunanlar üçün sabitlik gətirdi. Eyni zamanda Yunanıstandakı hərbi xuntanın devrilməsinə və ölkədə demokratiyanın bərpasına yol açdı”, – deyə o, əlavə edib.

Müsahibimiz əlavə edib ki, bu prosesdən sonra Cənubi Kipr Yunan Administrasiyası, xüsusilə Fransa, Rusiya, İsrail və ABŞ kimi dövlətlərlə hərbi əməkdaşlığa girərək adada silahlanmanı artırdı, hərbi bazalar yaratdı və bölgədə balansı pozan təxribatçı təlimlər keçirməyə başladı:

“Yunanıstan və İsrailin dəstəklədiyi Cənubi Kipr Yunan Administrasiyası ilə birlikdə həyata keçirilməsi planlaşdırılan sualtı elektrik kabeli layihəsinin yenidən gündəmə gəlməsi bölgədəki geosiyasi gərginliyi artırma potensialına malikdir. Bu layihə 2019-cu ildə Türkiyə ilə Liviya arasında imzalanmış “Dəniz Yurisdiksiya Sərhədlərinin Məhdudlaşdırılması Sazişi”ni açıq şəkildə pozur və Türkiyə ilə Şimali Kiprin hüquqi və strateji maraqlarını nəzərə almadan həyata keçirilməyə çalışılır. Bu isə bölgədə yeni bir siyasi qarşıdurma və potensial hərbi risklər yaradır”.

O, həmçinin bəyan edib ki, bu kabel layihəsi həm də texniki və iqtisadi baxımdan real görünmür:

“Çünki məsafə çox uzaqdır, xərc isə yüksəkdir. Türkiyədən Şimali Kiprə artıq su kəməri çəkilmişdir və ən məntiqli və qənaətli yol elektrik və hidrokarbonun boru vasitəsilə Türkiyə üzərindən ötürülməsidir. Bu həm daha etibarlıdır, həm də geosiyasi qarşıdurmalardan uzaqdır. Bu məsələlər göstərir ki, Kiprdə və ümumilikdə Şərqi Aralıq dənizində geosiyasi sabitliyin qorunması üçün birtərəfli, hüquqazidd layihələr və silahlanma siyasətləri deyil, qarşılıqlı dialoq və əməkdaşlıq əsas götürülməlidir. Şimali Kipr və Türkiyənin haqları nəzərə alınmadan bölgədə atılan hər addım yeni qarşıdurmaların qığılcımı ola bilər”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa