“Yuventus” “Barselona”nın oyunçusunu istəyir
“Yuventus” “Barselona”nın futbolçusu Aleksis Sançezi heyətinə qatmaq istəyir.
Bu barədə “Yuventus”un idman direktoru Cuzeppe Marotta məlumat verib. Klub rəsmisi Sançez kimi güclü futbolçu ilə heyəti bir qədər də möhkəmləndirməyi planlaşdırır.
“Barselona”da yeni mövsümdən etibarən çilili futbolçunu komanda görmək niyyətində deyil.
Lakin onun katalon klubu ilə 2016-ci ilə qədər davam edən müqaviləsi var.