Zakir Həsənov cəbhəboyu zonada olub

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilb.

Məlumata görə, tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.