Göyçayda ağır qəza oldu

media-hightechnic-468x90

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05