Zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlandı

Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində 15-ə yaxın köhnə tikilidə çatlar yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Trend”ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

H.Məlikovun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərində yerləşir:

“10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur”.

Xatırladaq ki, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

COP29