!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdakı mümkün zəlzələyə HAZIRLIQ: Ekspertdən həyəcan təbili - BŞİH ilə FHN-ə ÇAĞIRIŞ

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələlərdən sonra Tacikistanın paytaxt meriyası bütün çoxmərtəbəli binaların möhkəmliyini yoxlamaq barədə göstəriş verib. Komitə tikilməkdə olan obyektlərin bünövrə və dayaqlarının möhkəmliyini yoxlamaq üçün ayrıca laboratoriya yaratmağı planlaşdırır. Yoxlamaların məcburi olacağı bildirilir.

Eyni təcrübənin Bakıda da tətbiqi məsələsinə toxunan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında təcili olaraq Azərbaycanın inşaat sektorunda yoxlamalara başlamanın vacibliyini bildirib:

“Bakıda elə çoxmərtəbəli binalar var ki, müvafiq ekspertiza rəyinə əsasən, məhz zəlzələyə davamlılığı aşağı olduğu və eləcə də tikinti normativlərinə cavab vermədiyi üçün dövlət qeydiyyatına alınmayıb. Dövlət qeydiyyatına alınmadığı üçün də həmin binaların çıxarışla təmin edilməsi həyata keçirilməyib. Əlbəttə, bu olduqca zəruri bir məsələdir və hesab edirəm ki, Bakı şəhər İcra Hakimiyytəi və Fövqalədə Hallar Nazirliyi təcili olaraq yoxlamalar həyata keçirməlidir.

Çünki məlum olduğu kimi, bizdə də 2000-ci ildə güclü zəlzələ baş vermişdi. Dağıntıların tələfatı o qədər geniş miqyas almasa da, binalarda çatlar əmələ gəldi, istər köhnə, istərsə də yeni tikililərin davamiyyəti ilə bağlı problemlər yarandı. Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində güclü dağıntılar bir daha bu məsələni gündəmə gətirib. Hesab edəirm ki, bu, insanların təhlükəsizliyi baxımından vacibdir. Tikilən binaların zəlzələyə davamlılığı ən azı 10 ballıq rixter şkalasına uyğun olmalıdır. Texniki normativlərdə göstərilənlərin praktikada yerinə yetirilib-yetirilməməsi ilə bağlı, əlbəttə ki, mütləq olaraq müvafiq yoxlamalara başlanılmalıdır. Bizdə problemlər, əsasən, müəyyən səbəblərdən qaynaqlanır. Bəzən görürsən, çoxmənzilli binalarda yaşayış təmin olunduqdan sonra ana sütunlarda müəyyən yerdəyişmələr edilir, əsas divarların sökülməsi halları baş verir.

Bu, köhnə tikililərə də aid edilməlidir. Bəzən təmir işləri zamanı insanlar bir neçə otağı birləşdirirlər, ana divarların dəyişdirilməsi və sökülməsi yolverilməzdir. Bunun yoxlanmasının həyata keçirilməsi o qədər də asan deyil. Amma hesab edirəm ki, insanların təhlükəsizliyi baxımından bu yoxlamalar reallaşmalıdır”.

Cəvahir

COP29

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv