yenicag.az

Güləşçilərimiz dünya reytinqində 3-cü yeri tutdu

Güləşçilərimiz dünya reytinqində 3-cü yeri tutdu

Müəllif: Redaktor

Editor

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Yeniçağ.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında Azərbaycanın 9 təmsilçisinin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Ötən il Rio-de-Janayero Yay Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

Onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.

Yenicag.az

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti