11 yaşlı uşaq universitet məzunu oldu - FOTOLAR

media-hightechnic-468x90

Belçikanın Ostende şəhərində dünyaya gələn Loran Simonsun IQ səviyyəsi 145-ə bərabərdir.

Yenicag.az xəbər verir ki, 11 yaşlı oğlan Anvers Universitetinin Fizika fakültəsinin üç illik proqramını bir ilə tamamlayaraq ali məktəb məzunu olub.

O, hədəfinin əbədi həyat olduğunu bildirib.

“Hədəfim ölümsüzlükdür. Bədənimizin mümkün qədər çox hissələrini mexaniki vasitələrlə əvəz etmək istəyirəm. Bunun yolu isə kvant fizikasından keçir”, – deyə vundrkind bildirib.

Qeyd edək ki, hazırda dünyanın ən gənc universitet məzunu adını 10 yaşında ikən ABŞ-ın Alabama Universitetini bitirən Maykl Kerni daşıyır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600