Cüdoçularımız Praqada ilk gündə 3 medal qazandı

media-hightechnic-468x90

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Elşən Əsədov (-66 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (-73 kq) isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05